Türkiyənin İzmir şəhərinin Ödəmiş rayonunda meşə və kolluq ərazidə naməlum səbəbdən yanğın baş verib.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğına İzmir Meşə Region Müdirliyinə aid 4 helikopter, 4 təyyarə və 20 su çiləyicisi ilə müdaxilə edilməyə başlanılıb.
Digər tərəfdən, Seferihisarın Bəylər məhəlləsi yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın qrupların havadan və qurudan müdaxiləsindən sonra qısa müddətə nəzarət altına alınıb.