Alp dağlarında buzlaq çökdü - ölənlər var

22:11 - 03 İyul 2022

Alp dağlarında buzlaq çökdü - ölənlər var

İtaliyanın Alp dağlarında rekord dərəcədə yüksək temperatura görə dağ buzlağı çöküb, nəticədə azı 6 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Ansa” məlumat yayıb.

"Uçqun İtaliyanın şərqindəki Alp dağlarında, Trento və Veneto bölgələri arasında yerləşən və hündürlüyü 3300 metr olan Marmolada zirvəsində qeydə alınıb. Uçqun nəticəsində səkkiz nəfər xəsarət alıb, daha on nəfər hələ də itkin düşüb", məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az