İtaliya son 70 ilin ən quraq dövrünü yaşayır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliyada ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən və son 70 ilin ən quraqlıq dövrünü yaşayan Po çayını əhatə edən 5 bölgədə fövqəladə vəziyyət elan edilib.
Nazirlər Şurası Baş nazir Mario Draqinin sədrliyi ilə toplanaraq ən çox zərər çəkən 5 şimal bölgəsi üçün bir sıra qərarlar imzalayıb.
Böhrandan çıxmaq üçün təxminən 36,5 milyon avro ayrılıb.
Hökumət, fövqəladə tədbirlərin Po çayının və Şərqi Alp dağlarının su hövzələrini əhatə edən əraziləri əhatə edəcəyini bildirib və əlavə edib ki, "Fövqəladə vəziyyət təsirə məruz qalan əhaliyə yardımlarla mövcud vəziyyəti idarə etmək məqsədi daşıyır”.