Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni bu qərarı ictimaiyyətə bu sözlərlə açıqlayıb:
“Hörmətli vətəndaşlar, əsgərlər və hərbi xidmətə məsul şəxslər! Xatırladıram ki, müharibə davam edir. Ölkənizin sizə ehtiyacı var. Hələ qeydiyyatdan keçməmiş və ya hərbi xidmət müddətini uzatmamış hər kəs bunu etməlidir. Rayonlarınızı və yaşadığı yeri tərk etməyi planlaşdıranlar rayon işə qəbul və sosial dəstək mərkəzindən icazə almalıdırlar”.
Rəsmi açıqlamada bu şəxslərin yaşayış yerlərini tərk etmələrinin qadağan olunduğu vurğulanıb.
Bir çox ukraynalı bu açıqlamaya sosial şəbəkədəki paylaşımları ilə sərt reaksiya verib.
Bu addım Zelenskini də qəzəbləndirib və ölkədə hiddətə səbəb olub.
Ordunun verdiyi qərardan xəbərsiz olduğunu deyən Zelenski kameralar qarşısında bu qərarı tənqid edib:
“Belə bir qərarla bağlı müxtəlif qiymətləndirmələrin olduğunu görürəm. Cəmiyyətdə anlaşılmazlıq, hətta qəzəb var. Mən ictimaiyyətə söz verirəm ki, bu məsələni həll edəcəyəm. Baş Qərargahdan gələcəkdə mənsiz belə qərarlar qəbul etməməsini istəyirəm”.