AİLƏ FACİƏSİ: Əvvəl ailəsini, sonra özünü öldürdü

17:49 - 06 İyul 2022

AİLƏ FACİƏSİ: Əvvəl ailəsini, sonra özünü öldürdü

Dünən Türkiyənin İstanbul şəhərində anasını, bacısını və qardaşını öldürərək intihar edən Ömər Orak aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən gün ailəsi ilə mübahisə edən Ömər Orak anası Nurten Orak, hamilə bacısı Esra Yamak və qardaşı Yasin Orakı silahla qətlə yetirib.

Orakın qətli törədəndən sonra qohumuna yazdığı mesaj üzə çıxıb:

“Mən bunları öldürdüm, gəlin cənazəni götürün”.

Ailəsini öldürdükdən sonra öz başına atəş açan Ömər Orak ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Lakin o, xəstəxanada dünyasını dəyişib.

Atasının da 5 il əvvəl binadan özünü ataraq intihar etdiyi öyrənilib. 

Bildirilib ki, ailənin yeganə sağ qalan üzvü Ersin Orak olub, o, hadisə zamanı işlədiyi üçün evdə olmayıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az