Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ni sərt sözlərlə hədələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin aşağı palatası olan Dumanın rəhbəri Volodin ABŞ-nin Rusiyanın aktivlərini donduracağı və ya müsadirə edəcəyi təqdirdə “Alyaskanı geri alacaqları” ilə hədələyib.
Volodin Dumanın yay tətili öncəsi son sessiyasındakı çıxışında “Amerikalılar bunu həmişə yadda saxlamalıdırlar. Alyaskanın qiyməti var. Xaricdəki sərvətlərimizi idarə etməyə çalışanda unutmasınlar ki, bizim də geri götürməli bir şeyimiz var” deyib.