ABŞ-ın Şimali Karolina ştatında tək mühərrikli təyyarə nasazlıq səbəbindən magistral yola məcburi eniş edib.
Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, 2 nəfərin olduğu kiçik təyyarənin mühərrikində nasazlıq baş verib.
Pilot avtomobil yolunda eniş etmək qərarına gəlib.
Avtomobillər hər iki istiqamətdə hərəkətdə olarkən təyyarə elektrik xətlərindən keçərək ehtiyyatlı şəkildə eniş edib.
Həmin yol dağlıq ərazidə yeganə düzənlik olduğu üçün pilot belə seçim edib.
Təcili eniş zamanı xəsarət alan olmayıb.