İran Xəzər dənizində hərbi təlimlərə BAŞLADI

20:06 - 08 İyul 2022

İran Xəzər dənizində hərbi təlimlərə BAŞLADI

İran Xəzərdə hərbi təlimlərə başlayıb.

Manşet.az xəbər verir ki, Xəzər dənizində keçirilən “Dayanıqlı Təhlükəsizlik 1401” təlimi dəniz qırıcıları, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri də daxil olmaqla müxtəlif bölmələrin iştirakı ilə aparılır.
Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Həmzə Əli Kaviyani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin hazırlığını yoxlamaq və təcrübəsini artırmaqdır.

Xəzər dənizini qonşu ölkələr arasında “sülh və dostluq dənizi” olaraq xarakterizə edən Kavyani, “Bu dənizin nizamını və təhlükəsizliyini heç kimin pozmasına icazə verməyəcəyik” deyə bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az