Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriyaya yardımla bağlı qətnaməyə səsvermə zamanı Rusiya veto hüququndan istifadə edib.
Manşet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İrlandiya və Norveç tərəfindən hazırlanan qətnamə layihəsinə əsasən, Suriyaya transsərhəd yardım mexanizmi bir il müddətinə, 2023-cü ilin iyul ayına qədər uzadılıb.
Çinin səsvermədə bitərəf qaldığı vurğulanır. Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyiblər.