Bu ölkədə altı aylıq uşaqlar koronavirusa qarşı peyvəndlənəcək

18:16 - 09 İyul 2022

Bu ölkədə altı aylıq uşaqlar koronavirusa qarşı peyvəndlənəcək

Argentinanın Səhiyyə Nazirliyi altı aylıq uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyasına start verəcək.

Manşet.az xəbər verir ki, bu barədə cümə günü nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Milli tənzimləyici qismində çıxış edən Medikamentlər, Qida məhsulları və Texnologiyalar üzrə Milli Administrasiyadan istifadə ilə bağlı tövsiyələri alan Səhiyyə Nazirliyi altı aylıqdan başlayaraq uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Argentinada uşaqlar üç yaşından koronavirusa qarşı peyvənd edilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az