Boris Consonun yerinə əsas namizəd sayılan nazir mübarizəyə qatılmayacağını AÇIQLADI

19:23 - 09 İyul 2022

Boris Consonun yerinə əsas namizəd sayılan nazir mübarizəyə qatılmayacağını AÇIQLADI

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının və hökumətin sədrliyi uğrunda mübarizəyə qoşulmayacaq.

Manşet.az xəbər verir ki, bu barədə britaniyalı nazir “Twitter” hesabında bildirib.

O, ailəsi və həmkarları ilə aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul etdiyini vurğulayıb.
“Məni dəstəkləməyə söz vermiş bütün həmkarlarıma və digərlərinə öz təşəkkürümü bildirirəm”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Boris Consonun istefa açıqlamasından sonra bir çox ekspertlər tərəfindən məhz Ben Uolles baş nazir postuna əsas namizəd olaraq göstərilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az