Zelenski daha 4 ölkədəki səfiri vəzifəsindən azad edib.
Ukraynanın Macarıstan, Çexiya, Norveç və Hindistandakı səfirləri tutduqları vəzifədən azad olunublar.
Manşet.az xəbər verir ki, bu barədə Volodimir Zelenski sərəncam imzalayıb.
***
Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik tutduğu vəzifədən azad edilib.
Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Qeyd edək ki, Andrey Melnikin 47 yaşı var. O, 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiridir.