Xorvatiyanın kurort şəhərində yanğın: Şəhərin bir hissəsi enerjisiz qalıb, təyyarələr cəlb olunub - VİDEO

20:11 - 09 İyul 2022

Xorvatiyanın kurort şəhərində yanğın: Şəhərin bir hissəsi enerjisiz qalıb, təyyarələr cəlb olunub - VİDEO

Xorvatiyanın kurort şəhəri Pulada güclü yanğın baş verib, şəhərin əksər hissəsi elektrik enerjisiz qalıb.

Manşet.az xəbər verir ki, bu barədə “Jutarnji List” məlumat verib.

Yanğın bu gün günorta radələrində başlayıb. Əvvəlcə ot örtüyü və alçaq bitki örtüyü yanıb, lakin sonra yanğın evləri bürüyüb və yerli sakinlər təxliyə edilməsi zərurəti yaranıb.

Yanğınsöndürənlər və şəhər sakinləri irimiqyaslı yanğınla mübarizə aparırlar. Artıq kömək üçün Zadardan yanğınsöndürən təyyarələr cəlb olunub.

Hazırda bir neçə ev, əsasən kotteclər, bir neçə avtomobil yanıb.

Pula şəhəri tüstüyə bürünüb, bəzi məhəllələr işıqsız qalıb. Yolların bir hissəsi bağlanıb, evləri yanğına ən yaxın olan sakinlər isə alovdan qorunmaq üçün həyətlərinə su tökürlər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az