Şri-Lankada prezident bu tarixdə istefa verəcək

21:26 - 09 İyul 2022

Şri-Lankada prezident bu tarixdə istefa verəcək

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

Manşet.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden bildirib.

Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

Bundan əvvəl "Reuters" məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Vikramasinkh vəzifəsini tərk etməyə razılaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az