Şri-Lankada daha əvvəl Baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksa iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb.
Etirazlar fonunda Çandra Vikramasinqhe vəzifəsini tərk etməyə razılaşıb.