Paşinyan Gürcüstandakı səfiri geri çağırır

19:09 - 10 İyul 2022

Paşinyan Gürcüstandakı səfiri geri çağırır

Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağırılacaq.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Hraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin ediləcək.

A.Smbatyanın aqremanının Gürcüstana göndərildiyi bildirilir.

Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az