Gürcüstanda zəlzələ oldu

07:59 - 11 İyul 2022

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın Ninotsminda şəhəri bölgəsində 4,5 bal gücündə zəlzələ olub.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 11,95 km dərinlikdə olub. Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə 07:36-da qeydə alınıb.

Qeyd edək ki, etnik ermənilərin kompakt yaşadığı Ninotsiminda şəhəri ölkənin Türkiyə və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az