Rusların Zaporojyedə yüksək vəzifəli ukraynalıya sui-qəsdi ALINMADI

12:26 - 11 İyul 2022

Rusların Zaporojyedə yüksək vəzifəli ukraynalıya sui-qəsdi ALINMADI

“Zaporojye vilayətinin Melitopol rayonunun rəhbəri Andrey Siquta sui-qəsddən sonra sağ-salamatdır”.

 

Manset.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəis müavini Aleksey Selivanov Telegram-da yazıb.

"Ukrayna rejimi ötən gecə Melitopol Rayon Administrasiyasının rəhbəri Andrey Siquta sui-qəsd planlaşdırıb. Xoşbəxtlikdən o, təhlükəsizdir və Ukraynadan gələn təhdidlərə baxmayaraq, işini davam etdirir", - deyə o qeyd edib.

Selivanov qeyd edib ki, hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Terror aktının təfərrüatları bir qədər sonra veriləcək. Qeyd etmək istərdim ki, təxribat və terror hücumlarından ilk növbədə mülki şəxslər əziyyət çəkir. İşğaldan azad edilmiş ərazilərdə sülhü pozmağa çalışan hər kəs mütləq cəza ilə üzləşəcək", - o əlavə edib.

Qeyd edək ki, xüsusi xidmət orqanlarından bildirilib ki, Siquta sui-qəsdin arxasında duran şəxsin kim olduğunu müəyyən ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az