Rusiyada 11 İŞİD üzvü saxlanıldı – FTX açıqlama yaydı

12:55 - 11 İyul 2022

Rusiyada 11 İŞİD üzvü saxlanıldı – FTX açıqlama yaydı

Bazar ertəsi Rusiyanın Qaraçay-Çərkəz Respublikası ərazisində İŞİD terror təşkilatının 11 üzvü saxlanılıb.

 

Manset.az Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Qaraçay-Çərkəz Respublikası ərazisində qadağan olunmuş İŞİD-in gizli dəstəsinin üzvləri olan 11 Rusiya vətəndaşı saxlanılıb. Onlar rayon sakinlərinin terror fəaliyyətinə cəlb edilməsində, habelə İnternetdə təbliğatda ittiham olunurlar”, – məlumatda deyilir.

Saxlanılan şəxslərin yaşayış yerlərindən 10 ədəd odlu silah, 1 ədəd PM tapançası, 1 ədəd ov tüfəngi, 3 ədəd qumbara, külli miqdarda sursat və onların qanunsuz fəaliyyətini ifşa edən materiallar, rabitə vasitələri aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az