Şri-Lankada seçkilər bu tarixədək keçiriləcək

14:11 - 11 İyul 2022

Şri-Lankada seçkilər bu tarixədək keçiriləcək

Şri-Lankada prezident Qotabai Rajapaksanın istefasından sonra prezident və parlament seçkiləri 2023-cü ilin martına qədər keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Deyli Mirror” qəzeti məlumat yayıb.

Q.Rajapaksa istefa ərizəsini parlament sədrinə təqdim etdikdən sonra iyulun 13-də onun prezidentlik səlahiyyətləri başa çatacaq.

Qeyd edək ki, iyulun 9-da Şri-Lanka xalqı hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirərək prezidentin istefasını tələb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az