Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı

17:20 - 11 İyul 2022

Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı

Ermənistanın Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryanı və sabiq Baş prokuror Gevorq Kostanyanı, eləcə də onların ailə üzvlərini dindirilməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Markaryan və onun ailə üzvləri iyulun 14-də, Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda olmalıdırlar.

Qeyd edək ki, hər iki sabiq məmur barəsində cinayət işi qaldırılır. Markaryan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Kostanyana gəlincə, o, 2019-cu il noyabrın 24-də 1 mart işi üzrə müttəhim kimi çağırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az