"Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq" - BMT

17:28 - 11 İyul 2022

\"Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq\" - BMT

Bu ilin noyabr ayına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın məlumatına görə, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım tempi aşağı düşüb. Belə ki, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq.

Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az