Aİ minaların təmizlənməsinə əlavə 4,25 milyon ayırır

19:20 - 11 İyul 2022

Aİ minaların təmizlənməsinə əlavə 4,25 milyon ayırır

Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayıracaq.

Manşet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - deyə T.Klaar paylaşımında qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az