Pakistanda güclü yağış və tufan nəticəsində ölənlərin sayı ARTDI

19:56 - 11 İyul 2022

Pakistanda güclü yağış və tufan nəticəsində ölənlərin sayı ARTDI

Pakistanın Kəraçi şəhərində güclü yağış və tufan nəticəsində 5 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu haqda Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyi məlumat verib.

Bildirilib ki, Pakistanda bu il musson yağışları keçən illə müqayisədə 87 faiz artıb.

İyunun 1-dən fasilələrlə davam edən güclü yağışlar nəticəsində şəhərdə ölənlərin sayı 115-ə yüksəlib.

Sosial mediada əks olunan görüntülərdə bəzi yerlərdə suyun səviyyəsinin nəqliyyat vasitələrinin üzərindən qalxdığı, bəzi insanların isə şişmə qayıqlarla yoluna davam etməyə çalışdığı görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az