“Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər” - Bloomberg

20:15 - 11 İyul 2022

“Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər” - Bloomberg

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.

Manşet.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Onun mənbələrinə görə, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi hələ də davam edir və bu məsələ ilə bağlı qərarın yaxın vaxtlarda görünməsi ehtimalı azdır.

İttifaqa üzv bəzi ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu cür tədbirləri dəstəkləmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az