"Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik" - Zelenski

20:33 - 11 İyul 2022

\"Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik\" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Niderlandın Baş naziri Mark Ryutte ilə görüşüb.

Manşet.az xəbər verir ki, Zelenski Niderlandın Ukraynaya müdafiə dəstəyi baxımından ilk on tərəfdaşdan biri olduğunu deyib.

“Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik”, - deyə Zelenski qeyd edib.

Görüşdə ərzaq təhlükəsizliyi, enerji, hərbi yardım, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonra bərpası məsələləri müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az