Gürcüstanda böyük qaz yatağı aşkar edildi

20:41 - 11 İyul 2022

Gürcüstanda böyük qaz yatağı aşkar edildi

Gürcüstanda 16 milyard kubmetr həcmində təbii qaz yatağının kəşfi təsdiqlənib.

Manşet.az xəbər verir ki, bunu Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Geiorgi Tatişvili bildirib.

Tbilisi yaxınlığındakı qaz yatağı Gürcüstanda əvvəllər kəşf edilmiş yataqların potensialını üzə çıxarmaq üçün innovativ texnologiyalar tətbiq edən “Block Energy” şirkəti tərəfindən istismar olunacaq.

Quyu vaxtilə “Schlumberger” şirkəti tərəfindən qazılıb və hazırda “Block Energy” burada lisenziyalı operatorudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az