Britaniya prokurorluğu “Formula 1”in keçmiş rəhbərini məhkəməyə verir

22:59 - 11 İyul 2022

Britaniya prokurorluğu “Formula 1”in keçmiş rəhbərini məhkəməyə verir

Britaniyanın Baş Prokurorluğu “Formula 1”in keçmiş rəhbəri Berni Ekklstouna qarşı vergidən yayınma işi üzrə ittiham irəli sürmək qərarına gəlib. Bu barədə qurumun bazar ertəsi yaydığı məlumatda deyilir.

Manşet.az xəbər verir ki, prokurorluq bu addımın hərtərəfli və genişmiqyaslı istintaqdan sonra atıldığını vurğulayıb.

Qurum, həmçinin bütün maraqlı tərəfləri prosesin obyektiv gedişatına xələl gətirə biləcək məlumatları işıqlandırmaqdan, şərh verməkdən və onlayn paylaşmaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Berni Ekklstoun 1978-2017-ci illərdə “Formula 1”-in rəhbəri vəzifəsində çalışmış böyük britaniyalı sahibkardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az