Fransada deputatlar hökumətə etimadsızlıq haqqında qətnaməni rədd etdilər

23:50 - 11 İyul 2022

Fransada deputatlar hökumətə etimadsızlıq haqqında qətnaməni rədd etdilər

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları Baş nazir Elizabet Bornun rəhbərlik etdiyi hökumətə etimadsızlıq barədə qətnaməni dəstəkləməyiblər.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bunu səsvermədən sonra Nümayəndələr Palatasının spikeri Yael Bron-Pive deyib.

"Qərar layihəsinin lehinə 577 deputatdan 146-sı səs verib. Beləliklə, sənədin qəbulu üçün lazımi səs çoxluğu əldə olunmayıb", - o bildirib.

Qətnamə layihəsi Sosialist Partiyasını, Kommunist Partiyasını və “Avropa-Ekologiya-Yaşıllar” alyansını birləşdirən Yeni Xalq Ekoloji və Sosial İttifaqı adından təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az