Boris Consonla bağlı səsvermə keçirilə bilər

12:41 - 12 İyul 2022

Boris Consonla bağlı səsvermə keçirilə bilər

Böyük Britaniya müxalifəti keçmiş Baş nazir Boris Consonla bağlı etimad səsverməsi keçirmək niyyətindədir.

 

Manset.az “Reuters”ə istinadən xəbər verir ki, səsvermə sabah keçirilə bilər.

Qeyd edək ki, keçən həftə Leyboristlər partiyasının lideri Keir Starmer bildirmişdi ki, Concon Mühafizəkarlar Partiyasının yeni rəhbərinin seçilməsini gözləmədən, dərhal istefa verməsə, səsvermə tələb edəcək.

Xatırladaq ki, Conson iyulun 7-də istefa vermişdi. Yeni Baş nazir seçilənədək o, bu vəzifəni icra edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az