Türkiyənin Tunceli bölgəsində bayram tətilindən qayıdan, içində turistlərin olduğu mikroavtobus qəzaya düşüb.
Manset.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mikroavtobus dərəyə yuvarlanıb.
Nəticədə 3-ü ağır olmaqla 19 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.