Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: Atamı keçmiş arvadı öldürtdürə bilər...

17:52 - 12 İyul 2022

Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: Atamı keçmiş arvadı öldürtdürə bilər...

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə biləcəyini deyib.

 

Manset.az ent.az-a istinadən xəbər verir ki, bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.

"Agence France-Presse" xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının "insanları təqib edən" Anqola hökuməti ilə bağlıdır.
Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb - siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.

Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az