“Qalatasaray” futbolçuları arasında məşq zamanı gərginlik yaşandı - VİDEO

20:46 - 12 İyul 2022

“Qalatasaray” futbolçuları arasında məşq zamanı gərginlik yaşandı - VİDEO

Avstriyanın Qras şəhərində təlim məşq toplanışında olan “Qalatasaray”ın bu səhər məşqində hollandiyalı Van Aanholt ilə Kerem Aktürkoğlu arasında gərginlik yaşanıb.

Manşet.az xəbər verir ki, insident 5-2 ötürmə məşqi zamanı yaranıb.

Əvvəlcə sözlü mübahisə edən futbolçular daha sonra bir-birinin üzərinə yeriyib.

Digər futbolçuların vəziyyətə müdaxiləsi sayəsində gərginliyin artmasının qarşısı alınıb.

Qeyd edək ki, “Qalatasaray” Avstriya düşərgəsində ikinci yoldaşlıq görüşündə sabah Macarıstanın “MOL Fehervar” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, sarı-qırmızılılar buradakı ilk yoldaşlıq görüşündə Avstriyanın “Şturm Qras” komandasına 2:1 hesabı ilə uduzublar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az