İspaniya Ukraynaya 10 "Leopard" verə bilər

21:13 - 12 İyul 2022

İspaniya Ukraynaya 10 \"Leopard\" verə bilər

İspaniya Ukraynaya 10 "Leopard" döyüş tankı və 20-yə yaxın zirehli personal daşıyıcısı verə bilər.

Manşet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Nəşrin mənbələrinə görə, İspaniya müdafiə departamentinin nümayəndələri hazırda Kiyevin əlavə hərbi yardımla bağlı dəfələrlə müraciətinə cavab olaraq bu sistemlərin Ukrayna tərəfinə verilməsi imkanlarını öyrənir.

Bu yardımın dəyəri 5-15 milyon avro arasında qiymətləndirilir. İspaniya hökuməti tərəfindən bəyənilərsə, hərbi texnikanın təhvil verilməsi ilin sonuna qədər baş tuta bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az