Avropa İttifaqı Rusiyanın 14 milyard avroluq aktivlərini DONDURDU

21:59 - 12 İyul 2022

Avropa İttifaqı Rusiyanın 14 milyard avroluq aktivlərini DONDURDU

Avropa İttifaqı 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən hərbi əməliyyat nəticəsində sanksiyalara məruz qalan rusiyalı milyarderlərin, fiziki və hüquqi şəxslərin 13,8 milyard avro məbləğində aktivlərini dondurub.

Manşet.az xəbər verir ki, bu barədə Aİ komissarı Didye Reynders məlumat verib.

Onun sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çox) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb.

Avropa rəsmisi həmin ölkələrin adını çəkməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az