Dünyanın yeni KABUSU – Yoluxduqdan 9 gün sonra qan itkisindən öldürür

10:04 - 13 İyul 2022

Dünyanın yeni KABUSU – Yoluxduqdan 9 gün sonra qan itkisindən öldürür

Ebola virusuna bənzəyən və hazırda peyvəndi olmayan “Marburq virusu” simptomlar göründükdən cəmi 9 gün sonra qan itkisindən ölümə səbəb olur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəliyin simptomlarına şiddətli ishal, qarın ağrısı, mədə krampları, ürəkbulanma və qusma daxildir.

Marburq virusu Qərbi Afrikadakı Qanada test nəticələri müsbət olan iki xəstənin ölümünə səbəb olub.

Hazırda peyvəndi olmayan və adətən simptomlar göründükdən 8-9 gün sonra qan itkisi və şok nəticəsində ölümə səbəb ola bilən bir xəstəlikdir. 

Alimlər bu virusun Misir meyvə yarasalarından yarandığını düşünürlər.

Virusun simptomları anidən ortaya çıxır və yüksək hərarət, şiddətli baş ağrısı, həddindən artıq yorğunluq və əzələ ağrıları ilə özünü göstərir. 

Növbəti günlər isə, şiddətli ishal, qarın ağrısı, mədə krampları, ürəkbulanma və qusma ilə müşayiət olunur.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az