Trampın keçmiş müşavirindən ETİRAF: Çevriliş cəhdlərində iştirak edib

12:42 - 13 İyul 2022

Trampın keçmiş müşavirindən ETİRAF: Çevriliş cəhdlərində iştirak edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xaricdə çevrilişlərin hazırlanmasında iştirak etdiyini bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, çərşənbə axşamı CNN-ə müsahibəsində 2021-ci ilin yanvarında Tramp tərəfdarlarının Kapitoliyə hücumunu şərh edərkən deyib.

“Burada (ABŞ-da) yox, başqa yerlərdə çevrilişlərin planlaşdırılmasına kömək edən biri kimi mən demək istəyirəm ki, bu, ədalətli işdir”, - deyə o qeyd edib.

“O, (Tramp) sadəcə olaraq bir ideyadan digərinə keçirdi və bu da nəticədə etirazçıların Kapitoli binasına soxulmalarına səbəb oldu”, - deyə Bolton əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az