Amerika Birləşmiş Ştatlarının Mayami əyalətində atası tərəfindən avtomobildə unudulan 3 yaşlı Şalom Tauber 38 dərəcədən yuxarı temperaturda nəfəssiz qalaraq dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məktəbdə işləyən 42 yaşlı Menaçem Mendel Tauber işə gedərkən özü ilə götürdüyü oğlunu maşında unudub.
Fəryadını heç kim eşitməyən 3 yaşlı Şalom Tauber nəfəsi kəsildiyi üçün avtomobildə dünyasını dəyişib.
Ailəsi tərəfindən dərhal xəstəxanaya çatdırılan uşağın öldüyü məlum olub.