Avropa İttifaqına üzv olan 9 ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ittifaqa üzv dövlətlərin İsrailin Fələstinə aid altı qeyri-hökumət təşkilatını terror təşkilatı kimi tanımaq tələblərini rədd etdiyi açıqlanıb.
Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, İspaniya və İsveç Xarici İşlər nazirliklərinin sözçüləri tərəfindən “Fələstin Qeyri-Hökumət Təşkilatları haqqında Birgə Bəyanat” başlığı ilə dərc edilən bəyanatda İsrailin bu addımı ata bilməyəcəyi bildirilib.
Sözügedən QHT-lərlə bağlı kifayət qədər sübut təqdim edilməyib.