İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranda keçiriləcək Türkiyə-İran-Rusiya üçtərəfli görüşü ilə bağlı mühüm açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İyulun 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərinə toxunan Kənani deyib ki, üç ölkə arasında çox yaxşı əlaqələr mövcuddur.
Kənani “Üç ölkənin ikitərəfli və üçtərəfli çərçivədə əməkdaşlıq səviyyəsini yüksəltmək üçün müsbət iradəsi var, biz yaxın günlərdə müsbət münasibətlərin şahidi olacağıq” – deyib.