Muğlanın Datça rayonunda baş verən meşə yanğınında alov güclü küləyin təsiri ilə Hayıtbükü körfəzinə yaxınlaşıb.
Manşet.az xəbər verir ki, Döşəməaltı kəndində birmərtəbəli fərdi yaşayış evinin damını bürüyən alovu söndürmək üçün kənd sakinləri səfərbər olub.
Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb. Ərazidəki dörd ev yanğından qismən zərər görüb.
Bu evlərdə məskunlaşan 15 nəfər təxliyə edilib.