Bayden İsraildə Holokostun "şərəfini" qoruyacağına söz verdi - VİDEO

23:25 - 13 İyul 2022

Bayden İsraildə Holokostun \"şərəfini\" qoruyacağına söz verdi - VİDEO

İsraildə səfərdə olan ABŞ prezidenti Co Bayden Tel-Əvivdəki çıxışında Holokostla bağlı yanlışlığa yol verib.

Manşet.az xəbər verir ki, o, şərəf və dəhşət sözlərini qarışdırıb.

“Mən Holokostun həqiqətini və şərəfini yaddaşımda saxlamağa davam edirəm...” – deyə dövlət başçısı bəyan edib və dərhal da “Holokostun dəhşətləri”ni deyərək öz səhvini düzəldib.

Qeyd edək ki, iyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu çərçivəsində İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az