İrəvan hava limanında MİNA HƏYƏCANI

23:34 - 13 İyul 2022

İrəvan hava limanında MİNA HƏYƏCANI

Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanının minalanması barədə məlumat daxil olub.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Xəbərdarlıq barədə məlumat bu gün saat 19:19-da daxil olub. Bundan sonra yanğınsöndürən-xilasedicilərdən ibarət qruplar, mühəndis dəstəsi və tibb briqadası hadisə yerinə gedib.
Ətraflı məlumat verilməyib.

Qeyd edək ki, iyunun 8-də də Zvartnots hava limanına bomba qoyulması barədə məlumat yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az