ÜST rəhbəri əhalini maskadan istifadəyə çağırdı

23:55 - 13 İyul 2022

ÜST rəhbəri əhalini maskadan istifadəyə çağırdı

Koronavirusun yeni ştamlarının yayılmasının qarşısını almaq üçün dünya sınanmış metodlara qayıtmalıdır.

Manşet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus "Sky News" televiziyasına müsahibəsində deyib.

Qebreyesus əhalini maskadan istifadə etməyə, hökumətləri isə kütləvi testlər aparmağa səsləyib.

ÜST rəhbəri bildirib ki, son həftələrdə yoluxma və ölüm sayının artması narahatlıq doğurur. Pandemiya isə hələ sona yaxınlaşmır. Xəstə sayının artması isə səhiyyə sisteminin yükünü artırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az