Rusiya bu 2 cəhətdən bizdən üstündür - Arestoviç

09:41 - 14 İyul 2022

Rusiya bu 2 cəhətdən bizdən üstündür - Arestoviç

Ukrayna qoşunlarının əks-hücuma keçməsi üçün zirehli maşınlar tələb olunur.

 

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Bizdə hava hücumudan müdafiə sistemləri və zirehli maşınlar çatışmır. Rusiya ordusu hələ də bizdən iki cəhətdən üstündür: zirehli maşınlara yerləşdirilən piyadaların sayı və onları dəstəkləyən artilleriya", - deyə o bildirib.

Arestoviçin sözlərinə görə, Ukrayna Rusiya artilleriyasının qarşısını almağın yolunu tapıb, lakin zirehli texnika hələ də azdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az