Koalisiya tərəfdaşlarından olan 5 Ulduz Hərəkatının parlamentdəki səsvermədə hökumətin hazırladığı iqtisadi yardım paketini dəstəkləməyəcəyini açıqlaması siyasi böhrana səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, artan enerji qiymətləri ilə mübarizədə ailələrə və müəssisələrə dəstək olmaq üçün Draqi Hökuməti tərəfindən hazırlanan iqtisadi yardım paketi ilə bağlı parlamentin yuxarı palatası Senatda keçiriləcək səsvermədən əvvəl İtaliyada siyasi gərginlik artıb.
Bir müddətdir paketi tənqid edən və ailələr üçün ayrılmış dəstəyi kafi görməyən M5S lideri Cüzeppe Konte partiya qrupu ilə görüşdükdən sonra Senatdakı səsverməyə qatılmayacaqlarını açıqlayıb.
Draqinin paketdə bəzi təkmilləşdirmələr etməsini istədiklərini xatırladan Konte, "Ölkə uçurumun astanasındadır. Fövqəladə hallar zamanı hakimiyyətə təzyiq göstərən yeganə partiya bizik. Başqa bir mərhələyə keçmək lazımdır. Draghi-nin izahatları kifayət deyil. Biz səsvermədə iştirak etməyəcəyik” – deyib.
Konte konstruktiv töhfə üçün dialoqa açıq olduqları mesajını verib.
İtaliyada erkən seçkilərə qərar verilməsə, 2023-cü ilin ilk aylarında ümumi seçkilərin keçirilməsi gözlənilir.