Türkiyədə Çankırının kəndlərindən birində yağan yağışdan sonra torpaqdan insan skeleti çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, boş sahədə cəsədi görən vətəndaşlar vəziyyəti kənd muxtarına bildiriblər.
Muxtar isə bölgədə təhlükəsizlik tədbirləri görərək vəziyyəti səlahiyyətli qurumlara çatdırıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.