Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zaxarova, dünən İstanbulda Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti arasında Ukrayna limanlarından taxılın çıxışını təmin etmək üçün dördtərəfli görüş haqqında danışıb:
“İclasda taxıl problemi ətraflı müzakirə olunub. Mümkün razılaşmaların bəzi elementlərini formalaşdırmaq mümkün oldu. Bu elementlər Rusiya, Ukrayna və Türkiyədəki hərbi qurumlar vasitəsilə müzakirə edilir”.
Mariya Zaxarova taxılla bağlı təmasların eyni formatda davam etdiriləcəyini bildirib.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunan XİN sözçüsü gələcəkdə də bu prosesə dəstək verməyə hazır olduqlarını bildirib:
“Bu, regionun sabitliyi və iqtisadi rifahının xeyrinədir”.