Mariya Zaxarova: “Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir”

18:22 - 14 İyul 2022

Mariya Zaxarova: “Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir”

“Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir”.

Manşet.az xəbət verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya ilkin olaraq İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunub, bundan xəbərdardır və ikitərəfli münasibətlərin nizamlanmasına töhfə verir.

“Biz bundan sonra da Ermənistan-Türkiyə dialoquna hər cür kömək etməyə hazırıq. Güman edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına uyğundur”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az