Rusiya Ukraynanın mərkəzini "Kalibr"lə VURDU: 21 nəfər həlak oldu - Üçü UŞAQDIR

18:47 - 14 İyul 2022

Rusiya Ukraynanın mərkəzini \"Kalibr\"lə VURDU: 21 nəfər həlak oldu - Üçü UŞAQDIR

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutub.

Manşet.az xəbər verir ki, hücum nəticəsində 21 nəfər həlak olub. Ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Föpvqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.

Xilasedicilərin sözlərinə görə, 46 nəfərin axtarışı davam edir. Bildirilib ki, 115 yaralı hospitala müraciət edib. 

Vurğulanıb ki, “Kalibr” qanadlı raketləri Rusiya hərbçiləri Ukraynanın Jitomir şəhərinə atmaq istəyib, ancaq sonradan raketlər istiqamətini dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az